Türkiyənin baş naziri Binəli Yıldırım İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb. Türkiyə mətbuatının məlumatına görə, baş nazir iki ölkə arasında razılaşmanın sabah Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri ilə israilli həmkarı arasında sənəd imzalanacağını deyib.
İmzalanmadan sonra sənəd Türkiyə Böyük Millət Məclisi və İsrail Nazirlər Kabineti tərəfindən ratifikasiya olunacaq. Bununla da iki ölkə arasında münasibətlərin normallaşması prosesinə rəsmən start veriləcək.
Baş nazir qeyd edib ki, ən qısa zaman ərzində Türkiyə İsrailə səfir təyin edəcək. Onun sözlərinə görə, İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək.
Əldə edilən razılığa görə, Türkiyə Fələstinə yeni yardım gəmiləri göndərəcək. 6 illik fasilədən sonra ilk gəmi cümə günü Türkiyənin Mersin limanından Qəzzaya doğru hərəkət edəcək. Gəmilərdə Qəzza şəhərinin bərpası üçün tikinti materialları və digər ləvazimatlar olacaq.