Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Sankt-Peterburqda prezident Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədrlərini məlumatlandıracaq. Bu barədə Kremldəki mənbə RİA Novosti-yə bildirib.
Mənbənin məlumatına görə, Putin Minsk Qrupunun həmsədrlərini Piterdə Əliyev və Sərkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq.