Çadın keçmiş prezidenti Hissen Qabre insanlığa qarşı cinayətdə ittiham olunaraq ömürlük həbsə məhkum edilib.
Qabre 1982-ci ildə çevrilişlə hakimiyyəti ələ keçirdikdən sonra ölkəyə 8 il rəhbərlik edib. O, hakimiyyəti illərində 40 min nəfəri öldürməkdə günahlandırılır. Onun 1990-cı ildə həbsdə olan 300 siyasi məhbusun edamına əmr verdiyi də iddia edilir.
Qabre ölkəsindən Seneqala qaçmışdı və orada həbs olunmuşdu. O, Afrika Birliyinin qurduğu Afrika Cəza Məhkəməsində mühahimə olunub.