Demokratik düşərgəni hədəf seçənlər, məğlubiyyət düşərgəsində qaldılar
Noyabrın 1-də keçirilən seçkilər bir daha təsdiq etdi ki, Milli Şuranın tutduğu mövqe və ortaya qoyduğu arqumentlər tam əsaslı imiş. Bu çox yaxın keçmişdir və səslənən fikirlər hamının yadındadır. Milli Şura nə deyirdi?
Deyirdi ki, hakimiyyətin “dialoq” təşəbbüsü imitasiyadır və heç bir razılaşmaya əməl edilməyəcək.
Deyirdi ki, hakimiyyət heç bir seçki islahatı aparmayacaq, seçki məcəlləsi dəyişməyəcək və həmişəki “ənənə” qüvvədə qalacaq. Deyirdi ki, hakimyyət dünyadakı etimad limitin bitirib və bu seçki beynəlxalq səviyyədə boykot olunacaq.
Deyirdi ki, bu seçkidə iştirak etmək hakimiyyətin qanunsuz əməllərinə, saxta seçkisinə legitimlik qazandırmaqdır.
Deyirdi ki, namizədlərə heç bir təbliğat-təşviqat imkanı tanınmayacaq, ötən seçkilərdə olan nəfəsliklər də qapanacaq.
Və nəhayət Milli Şura seçkidən öncə kimlərin seçiləcəyini bəyan etdi, siyahı ortaya qoydu və bu siyahı özün doğrultdu.
Digər tərəfdən bir qrup “biz hökuməti ifşa edəcəyik” arqumenti ilə silahlnamışlar da seçkiyə az müddət qalmış geri çəkildilər, hətta hökumətə loyal münasibət bəsləyən 500-ə yaxın qeydə alınmış namizəd də vəziyyəti başa düşərək “stop” etdi.
Indi Milli Şuranı boykot qərarına görə tənqid edənlər, Milli Şuraya qarşı əks-təbliğat aparanlar, qurumun seçkilərlə bğalı mövqeyini həddindən artıq “tünd” hesab edənlər nə düşünürlər? Bu adamlar səhvlərini etiraf edib, Milli Şuranın doğru yolda olduğunu dilə gətirməlidilər. Faktiki olaraq bu adamların arqumentləri əriyib, saxta şouda iştirak etməklə rejimə xidmət ediblər.
Amma başqa məqam da var. Bəzi adamlar “siyasətə yeni qüvvələr gəlməlidir”, “müxalifət liderləri geri çəkilməlidir” kimi arzulara bürünmüşdülər. Indi bu adamlar heç bir seçki təbliğatı aparmadılar, seçkidən kənarda qaldılar və meydan “yeni qüvvələr”ə qaldı. Bəs, nəticə hanı, ortaya hansı “məhsul” qoyuldu” hökuməti geriyə addım atmağa məcbur edə bildinizmi? Oğurlanmış səsinizi oğrudan ala bildinizmi?
Müxtəsər, bu seçki Milli Şuranın uzaqgörən siyasətini, doğru proqnozunu və situasiyaya uyğun mövqe seçdiyini göstərdi. Eyni zamanda əks-arqumentlər səsləndirənləri lal etdi, hökumətə dəqiq “diaqnoz” qoyduğu bəlli oldu. Indi hamı Milli Şuranın aylar öncə dediklərini təkrarlamaqla məşğuldu.
İlham