Türkiyənin Tokio səfirliyində səs verən türk vətəndaşlar arasında qarşıdurma olub. Qarşıdurmaya səbəb, səfirliyin qarşında kürd əsilli vətəndaşların PKK bayraqlarını qaldırılması olub. Yapon xəbər agentliyi “Kyodo”nun xəbərinə görə, PKK tərəfdarlarına dəstək vermək üçün hadisə yerinə əlavə qrupların gəlməsi, vəziyyəti daha da gərginləşdirib və mübahisənin davaya çevrilməsinə səbəb olub.
Tokio Təhlükəsizlik Təşkilatı vəziyyəti nəzarət altına almaq üçün əraziyə çox sayda polis qüvvələri cəlb edib.
Diplomatik qaynaqlar, qarşıdurma zamanı 2-si polisi olmaqla, 12 adamın yaralandığını bildirir.
Türkiyənin Tokio səfirliyi isə hadisə ilə bağlı hələlik heç bir rəsmi məlumat açıqlamayıb.
azadliq.info