Pop ulduzu Maykl Ceksonun ölümündə ittiham olunan həkimin vəkilləri Los-Ancelesdə 4 həftə ərzində 33 şahidin ifadəsini alandan sonra məhkəmə prosesi başlayıb.
Həkim Konrad Murrayın barəsindəki məhkəmədə prokuror ittiham nitqilə çıxış edəndən sonra müdafiə tərəfi 2 şahidin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Vəsatət təmin olunub və onlar dünən məhkəmədə ifadə verib. Müdafiə vəkilləri daha 15 şahidin ifadə vermək üçün məhkəməyə dəvət olunacağını bildirib. Prokuror bildirmişdi ki, hakim Murray Maykl Ceksona yüksək dozalı dərmanlar verib, həmçinin müğənninin həyatını xilas etmək üçün lazımi vasitələrdən istifadə etməyib.
Lakin müdafiə tərəfi iddia edir ki, Cekson bu dərmanları özü qəbul edib və dozanı da özü qaldırıb.