Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur.
Bu bəyanatla Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.
Nazirlik bəyan edib ki, bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir: “Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur”.
Ermənistanın Müdafiə Nazirliyi sentyabrın 28-dəki döyüşlərdə guya həlak olmuş Azərbaycan əsgərlərinin adlarını açıqlayıb.