Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində 7 il yarımlıq həbs hökmünə münasibət bildirib.
Nazir bəyan edib ki, bu hökmdən son dərəcə narahatdır. “Bizi narahat edən başlıca məsələlərdən biri məhkəmə prosesinin hansı şəraitdə keçməsidir. Azərbaycan hakimiyyətini bu işə ədadlətli şəkildə və şəffaflıq şəraitində yenidən baxmağa çağırırıq. Biz Azərbaycan hakimiyyətini beynəlxaql öhdəliklərinə və qanunun aliliyinə hörmət etməyə səsləyirik”, – deyə bəyanatda bildirilir.