Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatdan keçmə müddəti bu gün sona çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) ali təhsil müəssisələrinə qəbul olan 32279 abituriyentdən 31108-i artıq qeydiyyatdan keçib. 1171 nəfər abituriyent isə hələ də qeydiyyat prosesində iştirak etməyib.
Ali məktəblərə qeydiyyat prosesi 27 avqust saat 17:00-da başa çatacaq.
Bir çoxları redaksiyamızla əlaqə saxlayaraq qeydiyyatdan keçməməsinin səbəbini təhsil haqqını ödəyə bilməməsi ilə əsaslandırıb.