AXCP-nin qurultayına hazırlıqlarla əlaqədar rayon və şəhər təşkilatlarının konfransları davam edir. Növbəti konfrans avqustun 9-da partiyanın Qazax rayon şöbəsində keçirilib. Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. O, bildirib ki, konfransda rayon şöbəsinin seçkili orqanlarına seçkilər keçirilib, həmçinin qurultaya nümayəndələr seçilib. Sabir Musayev AXCP Qazax rayon şöbəsinin sədri, Ramil Carçiyev isə AXCP Ali Məclisinin üzvü seçilib.
Avqustun 10-nunda isə partiyanın Tovuz rayon şöbəsinin konfransı keçirilib. Konfransda Miryaqub Ağamirli AXCP Tovuz rayon şöbəsinin sədri, Ələddin Əsgərli AXCP Ali Məclisinə üzv seçildilər. AXCP-nin VI(IX) Qurultayına isə 7 nəfər nümayəndə seçilib.
Növbəti konfranslar AXCP-nin Füzuli və Goranboy rayon şöbələrində keçirilib. Füzuli şöbəsində Teyyub Xəlilov sədr, Tofiq Zeynalov isə Ali Məclisə üzv seçilib. Goranboy şöbəsində isə Qələndər Aslanov sədr, Ağakişi Əliyev isə Ali Məclisə üzv seçilib.