Rusiya prezidenti iş adamları onu, yoxsa Putini müdafiə edəcəklərinə qərar verməlidirlər
“Ya mənim proqramımı dəstəkləyirsiniz, ya da hər şey olduğu kimi qalır”
Rusiya prezidenti Dmitri Medvedev ölkə biznesmenləri ilə görüşündə bildirib ki, ya onu, ya da baş nazir Putini müdafiə edəcəklərinə qərar verməlidirlər.
Bu barədə Kremldə mətbuat üçün qapalı keçirilmiş görüşün adını açıqlamayan iştirakçılarından bəziləri “Vedomosti” qəzetinə bildiriblər.
Məlumata görə, Medvedev biznesmenlərə deyib: “Siz qərar verməlisiniz. Ya mənim proqramımı dəstəkləyirsiniz, ya da hər şey olduğu kimi qalır”. Medvedyev biznesmenlərdən kimin onu növbəti prezident seçkilərində görmək istədiyini də soruşub.
Məlumatda deyilir ki, Medvedyevin çıxışı görüş iştirakçıları üçün gözlənilməz olub.
Medvedev müraciətini aralarında milyarderlər Oleq Deripaska və Viktor Vekselberq də olmaqla, Rusiyanın 27 aparıcı biznesmeninə ünvanlyıb.
İnformasiya şöbəsi