Sülhəddin Əkbər: «Azərbaycan Türkiyənin müttəfiqi olduğundan IŞID-dən gələn təhdidlərlə bağlı diqqətli olmalıdır»
Türkiyə bir dövlət olaraq IŞID-lə mübarizəyə start verdi. Artıq bir neçə gündür ki, Türkiyə hərbi təyyarələri IŞID mövqelərinə sarsıdıcı zərbələr endirməkdədir. Türkiyə, bundan başqa, hərbi bazalarını ABŞ üçün açıq elan edib.
Yəni ABŞ təyyarələri də türk hava limanlarından istifadə edərək IŞID-ə zərbə endirə bilər. Türkiyənin baş nazirliyi SuriyadaÿIŞID mövqelərinin bombardman edilməsiÿbarədə açıqlama yayıb. Açıqlamada deyilir ki, baş nazirÿƏhməd Davudoğlu iyulun 23-dəÿÇankaya iqamətgahındaÿkeçirilən Təhükəsizlik toplantısında sərhəddə yaşanan IŞID hücumlarını qiymətləndirib və görüləcək təhlükəsizlik tədbirlərinə qərar verib.
Bu çərçivədə Türk Hava Qüvvələri terror təşkilatına aidÿSuriyadakıÿhədəfləri vurmaq üçün əməliyyat keçirib.ÿ
Xatırladaq ki, iyulun 20-də Suruçda terror aktı baş verəndən sonra Türkiyə ciddi addımlar atmağa qərar verib.
Bəs Türkiyənin IŞID-lə faktiki müharibəyə girməsi Azərbaycana nə vəd edir? Azərbaycanın da bu proseslərə hər hansı formada cəlb edilməsi mümkündürmü? Çünki Azərbaycana da IŞID təhlükəsinin olması ilə bağlı rəsmi Bakıya dəfələrlə xəbərdarlıq edilib. Hətta belə bir təhlükənin olması ilə bağlı Rusiya rəhbərliyindən də xəbərdarlıq gəlib.
Təhlükəsizlik məsələləri üzrü ekspert Sülhəddin Əkbər bildirdi ki, Azərbaycan terror riskinin yüksək olduğu regionda yerləşir. Azərbaycanda terror təhdidi səviyyəsinin yüksəldilməli olduğunu düşünən S.Əkbər bildirdi ki, Türkiyənin IŞID-ə qarşı əməliyyatlara başlaması terror təşkilatının Türkiyə siyasətinin dəyişməsinə səbəb olacaq: “Azərbaycan Türkiyənin müttəfiqi olduğundan IŞID-dən gələn təhdidlərlə bağlı diqqətli olmalıdır. Çünki IŞID-in nə zaman və harada zərbə endirəcəyini proqnozlaşdırmaq çox çətindir. Terror təşkilatları cəbhə yaradan mübarizə aparmırlar. Onlar adətən cəbhə xətti bəlli olmayan mübarizə aparırlar. Bu baxımdan Türkiyənin sərhədləri kənarında da maraqları təhlükə altına alına bilər. Ona görə Azərbaycan əlavə tədbirlər görməli, IŞID-ə qarşı qurulan koalisiya qüvvələri ilə birgə hərəkət etməlidir”.
Xəyal