Özbəkistanın dövlət xəbər agentliyi prezidentlərin Şanxay Əməkdaşlıq Təşkilatı zamanı çəkdirdiyi fotonu fotoşoplayıb. Belə ki, RİA Novosti Agentliyinin çəkdiyi fotoda Özbəkistan prezidenti İslam Kərimovun boyu digər prezidentlərə nisbətən kiçik görünür.
Original foto:
Rəsmi agentlik fotonu fotoşoplayandan sonra İslam Kərimovun boyunu artırıb.Fotoşopdan sonra bütün prezidentlərin boyu eyni olub.
Agentlik bu fotonu rəsmi xəbərlərdə də istifadə edib:
(azadliq.org)