İranın xarici işlər naziri Cavad Zərif YouTube vasitəsilə çıxış edərək bildirib ki, nüvə proqramı ilə bağlı razılaşmaya bu qədər yaxın gedilməmişdi.
Cənab Zərif bildirib ki, razılaşma, Yaxın Şərqdə ekstremizm kimi, ümumi problemlərə yol açacaq. ABŞ dövlət katibi John Kerry razılaşıb ki, onlar “irəliləyişə nail olublar”, lakin əlavə edib ki, hələ çox iş görülməlidir.
Danışıqlarda razılaşma iyulun yeddisinədək əldə edilməlidir.
Cənab Zərif cümə günü etdiyi video çıxışı zamanı, nüvə danışıqlarında “zorakılığa və təzyiqlərə” son qoymağa çağırıb. O bildirib ki, İran razılaşmanın əldə edilməsinə hazırdır və danışıqlar “nəticəyə bu qədər yaxın olmamışdı”.
Cavad Zərif həmçinin bildirib ki, ekstermist zorakılığa qarşı daha böyük əməkdaşlıq üçün də ümidlər var.
Lakin BBC-nin Vyanadakı müxbiri Barbara Plett Usher-in sözlərinə görə, razılığın doğrudan da əldə olunacağı sualı hələ də danışıqlardan asılıdır.
ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya üstəgəl Almaniyadan ibarət “P5+1” qrupu İranın həsas nüvə fəaliyyətini dayandırmağını istəyir və onun nüvə silahı əldə etməyəcəyinə əmin olmaq istəyirlər.
Qarşılığında iqtisadiyyatını ağır vəziyyətə salmış beynəlxalq sanksiyaların qaldırılmasını istəyən İran isə, nüvə fəaliyyətinin sülhməramlı olduğunu iddia edir.