İyulun 2-də Ermənistan parlamenti Rusiyadan silah alınması məqsədilə bu ölkə ilə kredit müqaviləsini təsdiqləyib. News.am agentliyinin verdiyi xəbərə görə bu kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verəcək.
Müqavilənin lehinə parlamentin 98 deputatı səs verib, yalnız müxalifətdə olan İrs partiyasından olan deputat Zaruhi Postanyan əleyhinə səs verib. Bu müqavilə Ermənistan və Rusiya hökumətləri arasında iyunun 26-da Yerevanda imzalanıb. 200 milyon dollarlıq kredit ancaq faiz ödəməklə üç illik lütf müddəti əsasında verilməlidi və sonrakı 10 ildə hissə-hissə qaytarılmalıdı.