Mobil telefonu satışını monopoliya alan Araz Mediyevdən milyonlarla manat vergi borcunu ödəmək tələb olunur
Rusiya prezidenti Vladimir Putinin dostu, iş adamı Ilham Rəhimlinin kürəkəni Araz Mehdiyevə məxsus şirkətlər vergidən yayınmaqda ittiham olunur. Bu barədə məlumatı azpolitika.info yayıb. Məlumatda deyilir ki, Azərbaycana mobil telefonu idxalı ilə məşğul olan 4 iri şirkət – “MobiTel”, “Inteqral”, “Caspian Mobile LTD” və “Sun Mobile” şirkətləri Araz Mehdiyevə məxsusdur. Bu şirkətlər “United Telekom” adlı üst şirkətin tərkibindədir.
Məlumatlara görə, Vergilər Nazirliyinin əməkdaşları Araz “United Telekom” şirkətində və onun tərkibindəki qurumlarda yoxlama aparıb. Nəticədə külli miqdarda vergidən yayındığı faktı üzə çıxıb. Araz Mehdiyevdən milyonlarla manat vergi ödəməyi tələb ediblər. Təkcə “Inteqral” şirkətindən 5 milyon manat tələb olunduğu iddia olunur. Bildirilir ki, Araz Mehdiyev tələb olunan vəsaiti ödəməkdən qəti surətdə imtina edir. Hətta Vergilər Nazirliyinin əməkdaşları ilə “anlaşmağa”, gəlirlərini aşağı göstərməyə cəhd edib. Ancaq ona bunların faydasız olduğu, deyilən vəsaiti büdcəyə ödəməli olduğu bildirilib.