Almaniya səfirliyi Rusiya XİN-ə rəsmi etiraz ünvanladı
Almaniya Bundestaqının deputatı Karl-Georq Vellmanı Rusiyaya buraxmayıblar. «Şeremetevo» aeroportunda ona bildiriblər ki, 2019-cu ilə qədər Rusiyaya girişinə icazə verilmir. Deputatdan növbəti reyslə Almaniyaya qayıtmaq xahiş olunub. Məsələ ilə bağlı Almaniya səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə rəsmi etiraz ünvanlayıb.
Vellman Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyada xarici siyasət məsələləri üzrə ekspertdir.
Deputat Berlinə qayıdan kimi açıqlama verərək Rusiyaya buraxılmamasının səbəbini anlaya bilmədiyini deyib: «Bunun səbəbini başa düşə və izah edə bilmirəm». Vellman Ukrayna məsələsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün Rusiyadakı yüksək vəzifəli şəxsdən dəvət aldığını da xatırladıb.
Vellman həmçinin, Almaniya-Ukrayna parlament qrupunun rəhbəridir. 2014-cü ilin mayında – Ukraynadakı seçkilər zamanı o, ATƏT-in müşahidəçisi kimi Kiyevdə olmuşdu.
Gültəkin