"Avropa, Azərbaycanın diktatura rejimilə əlaqəni kəs"
Mayın 23-də Almaniyanın Münster şəhərində bir qrup azərbaycanlı "Azərbaycanda siyasi məhbuslara azadlıq", "Avropa, Azərbaycanın diktatura rejimilə əlaqəni kəs" və bu kimi başqa şüarlarla aksiya keçirib. Aksiya təşkilatçılarından Çağlar Qasımov bildirir ki, Münster şəhərinin mərkəzində Almaniya vətəndaşlarına Azərbaycandakı siyasi durumla bağlı məlumatlar verilib, siyasi məhbuslarla bağlı açıqcalar paylanılıb. Çağlar bəy bildirib ki, bu tip aksiyalar gələcəkdə də davam edəcək.