Bakıda baş vermiş faciəvi yanğın zamanı ölənlərin sayı 15-ə çatıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı xəsarət alan şəxslərin biri dünyanısını dəyişib.
Hadisə vaxtı tüstüdən boğulma diaqnozu qoyulan yaralıların böyük əksəriyyəti 1 Saylı Şəhər Xəstəxanasının Toksikologya şöbəsinə yerləşdirilmişdi.
Şöbə müdiri Azər Maqsudovun verdiyi məlumata görə, həmin vaxt tibb ocağına 33 xəstə daxil olub. Onlardan 20-si ilkin yardımdan sonra evə buraxılıb. Xəstələrdən biri isə bu gecə vəfat edib.
Digər tibb ocaqlarında müalicə olunan xəstələrin vəziyyətinə gəlincə isə, onların bəzilərinin səhhəti normallaşsa da, bir neçəsi reanimasiya şöbələrində müalicəsini davam etdirir. (ans)