Tacikistanda özünü ölkə prezidenti İmaməli Rəhmanın oğlu kimi təqdim edən 10-cu sinif şagirdi həbs edilib. Xuşdil Kurbanov prezident oğlu Somoni İmaməli olduğunu iddia edərək 50 min dollar rüşvət alıb. Bu pulun müqabilində də torpaq sahəsi vəd verib. Hökumət məmurlarının biri ilə əlaqə saxlayan X.Kurbanov ondan torpaq problemini ən qısa zamanda həll etməyi tələb edib. İfşa olunaraq həbs edilən Kurbanovla bağlı sinayət işi başladılıb.
Gültəkin