Mayın 3-də minlərlə moldovalı 3 bankdan 1 milyard dolların yoxa çıxmasına etiraz yürüşü keçiriblər. Bu vəsait ölkənin ÜDM-sinin beşdə birinə bərabərdir.
Moldova rəsmiləri faktla bağlı araşdırmaya başlayıblar. Pul 2014-cü ilin noyabrında, parlament seçkilərindən öncə yoxa çıxıb. Kimliyi açıqlanmayan 2 nəfər saxlanıb, digərlərinin bank hesabı dondurulub.
Etirazçılar korrupsiya əleyhinə şüarlar səsləndiriblər, baş prokurorun, Ali Məhkəmənin bir neçə hakiminin və qalmaqalda iştirak etdiyi güman edilən siyasətçilərin istefasına çağırıblar.
“Oğrular rədd olsun!”, “Milyardları geri istəyirik!” – etirazçılar bu şüarları səsləndirib və Moldova və AB bayraqları qaldırıblar.
Zorakılıq qeydə alınmayıb.