Ukrayna prezidenti Poroşenko, Rusiyanın işğalı ilə barışmayacaqlarını, müharibənin nə qədər lazımdır davam edəcəyini bldirib. O, ölkəsi üçün döyüşün şərqdəki bütün bölgələrin və Krımın geri alınmasıyla sona çatacağını bildirb: "Ukrayna nə zaman Donbası və Kırımı geri alacaq, o zaman da döyüş bitəcək", deyə Poroşenko bildirib. Poroşenko eyni zamanda, ölkəsinin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi məsələsinin ən prioritet mövzu olduğunu vurğulayaraq, Ukraynanın bu istiqamətdə heç bir güzəştə getməyəcəyini bildirb.
azadlıq.info