Tofiq Yaqublu həbsxanaya qaytarıldı FOTO

Qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsi üçün müvvəqəti azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu artıq həbsxanaya qaytarılıb.
 
Partiya başqanının müavini Elman Fəttah "Report"a açıqlamasında deyib ki, Tofiq Yaqubluya verilən yeddi günlük azadlıq müddəti bu gün bitib: "Müddət tamam olduğundan onu həbsxanaya yola saldıq".
 
Bildirilir ki, T.Yaqublunu yaxınları, partiya və döyüş dostları yola salıblar.
 
Xatırladaq ki, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bir neçə gün öncə Rusiyanın Tomsk şəhərində xəstəxanaların birində dünyasını dəyişib. O, Bakının Qaraçuxur qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
 

Onu da qeyd edək ki, T.Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən hadisələr zamanı həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.