Aprelin 25-də Nepalda baş verən zəlzələdə «Google»ın rəhbərlərindən olan Daniel Fredinburg da həyatını itirib. 33 yaşlı Fredinburg qurumun gizli araşdırmalar laboratoriyası olan «Google X»ın rəhbəri idi. Martın 31-dən Nepalda olan Fredinburg zəlzələ vaxtı Everest zirvəsində «Google»ın xəritələri üçün şəkillər çəkirmiş. Bacısı Meqan Fredinburg «Twitter» hesabından qardaşının başından aldığı yaradan öldüyünü açıqlayıb.
Zəlzələ zamanı Everestə dırmanan 18 alpinist də dünyasını dəyişib. 61 alpinist isə yaralı vəziyyətdə xilas edilib. Onlardan 22-nin vəziyyətinin ağır olduğu bildirilir. 7.8 ballıq zəlzələ nəticəsində 2 mindən çox insanın öldüyü, 5 mindən çox insanın yaralandığı bildirilir.
Gültəkin