Vanda Ədalət və İnkişaf Partiyasından deputatlığa namizədlərin avtobusu hücuma məruz qalıb
Türkiyənin Van vilayətində hakim Ədalət və İnkişaf Partiyasından Van vilayəti üzrə deputatlığa namizədlərin avtobusu hücuma məruz qalıb.
Hadisə namizədlər seçki kampaniyası aparan zaman baş verib. Bir qrup fəal əvvəlcə yumurtalarla avtobusa hücum ediblər. Daha sonra daşlarla da hücum edənlər olub.
Atılan daşlardan biri partiyanın qadın namizədi Zeynəb Dülgənin başına dəyib. Lakin qadın, xoşbəxtlikdən, yüngül xəsarətlə hücumdan xilas olub.
“Birbaşa başıma dəysə idi, öldürə bilərdi”. Dülgə ona hücum edən şəxslərin düşüncə tərzini əlindəki daşla müqayisə edib. (ANS)