Səudiyyə Ərəbistanı sərhədindəki qarşıdurmalarda Husi hərəkatına mənsub 500-dən çox adamın öldürüldüyü açıqlanıb. Səudiyyə Ərəbistanı rəsmi agentliyi "SPA" Müdafiə Nazirliyi qaynaqlarına istinadən xəbər verir ki, əməliyyatının başladığı tarixdən bu günə qədər sərhəddə yaxın Nəcran və Caza bölgələrində baş verən qarşıdurmalarda 500-dən çox Husi mənsubu öldürülüb, minlərlə tərəfdar isə yaralanıb.
azadliq.info