Cinayəti törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir
Bakının Yasamal və Nəsimi rayonlarında bir gecədə 15-dən çox "Milli Ön" terminalından oğurluq edilib. "Report"un məlumatına görə, gecə yarısı "Milli Ön" məntəqələrinə hücum edən cinayətkarlar külli miqdarda pul mənimsəyərək aparatları yararsız vəziyyətə salıblar. Artıq hadisə ilə bağlı Yasamal və Nəsimi rayon polis idarələrində əməliyyat-istintaq qrupu yaradılıb.
Cinayəti törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.