Avstraliya hökuməti bu gündən Rusiyaya qarşı ötən ilin sentyabrında qəbul etdiyi sanksiya qərarının icrasına başladı. Bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində məlumat verilib. ABŞ, Kanada və Avropa Birliyi kimi, Avstraliyanın da sanksiyaları Rusiyaya qarşı maliyyə məhdudiyyətlərini və Qərb ölkələrinə səfərlərə qadağanı əhatə edir. Həmçinin Rusiyadan silah alış-verişinə də məhdudiyyət qoyulub. Avstraliya hökumətinin sanksiyalarında Krımla da bağlı bir neçə qadağa var. Bu qadağalara görə, sanksiyaların icra olunduğu gündən – martın 31-dən yarımadaya bəzi məhsulların idxalı dayandırılır.
Gültəkin