Beş gün davam edən ağır döyüşlərdən sonra Suriya müxaləfəti martın 28-də Əsəd qevvələrinin əlində olan İdlib şəhərini ələ keçirib. Müxaliflər İdlib şəhərində ucaldılan Suriyanın keçmiş lideri, hazırkı prezident Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini tanınmaz hala salıblar. Qarşıdurmalarda çox sayda rejim əsgərini öldürdüklərini və əsir aldıqlarını vurğulayan müxalif komandir Əbu İbrahim, bəzi əsgərin paltarlarını dəyişərək xalqa qarışdığını da bildirib. Əbu İbrahim növbəti şəhərləri ələ keçirmək üçün hərəkətə keçdiklərini bildirib: "İdli şəhəri əlimizdədir, allahın iznilə cənubdakı şəhərlərər doğru irəliləyəcəyik. Bəşər, sənin əsgərini əzə-əzə sənə doğru gəlirik".