Bu gün Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində əsas şöbələrdən biri ləğv edilib. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçinin sözlərinə görə, artıq paytaxtın 11 rayonunda qaz istismar sahələrinin “Sayğacların qəbulu və istismarı” şöbələrinin ləğvinə başlanılıb. Martın 10-da isə 100 işçiyə ixtisar bildirişi verilib.
M.Qəhrəmanlı qeyd etdi ki, şöbələrin ləğvi “Azəriqaz”ın tərkibində yeni reqional qurumun yaradılması ilə əlaqədardır. Yeni quruma Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində bilik və bacarıqları yoxlanılaraq, ən yüksək bal toplayan işçilər qəbul olunacaq.
Məsələ ilə bağlı "Azəriqaz"a müraciət etdik. Qurumun mətbuat xidmətindən virtualaz.org saytına bildiridilər ki, onlarda bu şəbənin ləğv olunması barədə heç bir məlumat yoxdur: "Araşdırıb əlavə məlumat verəcəyik".
M.Qəhrəmanlı isə bildirdi ki, şöbə "Azəriqaz" İB prezidentinin 06.03.2015-ci il tarixli, 15-2900/0206-00154 saylı əmrinə əsasən ləğv olunub.