Ukrayna Parlamenti, prezidentin təklifilə silahlı qüvvələrin əsgər sayını artırmaq haqda qərar qəbul edib. Ukrayna prezidenti Poroşenkonun Ukrayana Radasına gönədrdiyi qanun layihəsi, səsvermə zamanı 450 deputatın 270 nəfərinin dəstəyini ala bilib.Yeni qanuna qədər 184 min canlı qüvvəsi olan Ukrayna ordusu, bundan sonra 250 min nəfərə qədər artacaq. Bundan əlavə, yeni qüvvələr hesabına Ukrayna ordusunda 11 briqada, 4 alay, 18 tabor, 16 bölük və 13 komanda da yaradılacaq.
azadliq.info