Türkiyə Cümhuriyyətinin bayrağı növbəti dəfə hücuma məruz qalıb.
Bu barədə Baş qərargahın internet saytında açıqlama verilib.
İlk hadisə Hatay vilayətinin Dördyol rayonunda baş verib. Bildirilir ki, fevralın 28-də axşam saat 20.30-da naməlum şəxslər Ailə Sağlamlıq Mərkəzinin həyətindəki dirəkdən Türkiyə bayrağını çıxarıblar.
Digər hadisə Antalya vilayətinin Muratpaşa rayonunda baş verib. Burada isə martın 1-də gecə saat 00.30-da dörd nəfərlik qrup “Mehmet Akif Ersoy” imam-xətib məktəbinin həyətindəki dirəkdən Türkiyə bayrağını endirib.
Hər iki faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir. (ans)