İraq ordusu IŞİD-in nəzarətində olan Tikrit şəhərini geri almaq üçün bu ana qədərki ən böyük əməliyyatı başlayıb. İraqın devrilmiş lideri Səddam Hüseynin doğma şəhəri olan Tikritdə əməliyyatın başlaması haqda xəbəri İraqın baş naziri Heydər əl İbadi televiziyadan məlumat verib. Martın 2-i səhər saatlarında başlayan əməliyyatda, 30 min adamın iştirak etdiyi bildirilir.
azadliq.info