Ukrayanın Xarkov şəhərində 4 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən terror aktını Rusiya törədib. Bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bildirib: “Terror aktı 3 nəfərlik qrup tərəfindən törədilib. Onların hər 3-ü Ukrayna vətəndaşıdır. Qanusuz dəstənin başçısı, 1978-ci il təvəllüdlü şəxs isə Ukraya vətəndaşı olmaqla yanaşı, həm də “Qala” teror təşkilatının üzvü olub”.
Valentin Nalivayçenko şübhəli şəxslərin yeni Ukrayana hakimiyyətinə qarşı aksiyalarda iştirak etdiklərini də vurğulayıb: “Onların hamısı həbs olunub və hazırda ifadə verirlər.
Terror aktının təşkilatçısı olan “Kürən” ləqəbli şəxs 2014-cü ilin noyabrında Rusiyanın Belqorod şəhərinə gedərək Rusiya xüsusi xidmət orqanlarının 2 əməkdaşından pul və göstərişlər alıb. Hesab edirik ki, həmin şəxslər Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olublar. Qrup üzvləri dinc xarkovluları öldürmək üçün məhz onlardan göstəriş alıblar”.
Nalivayçenko bu aksiya üçün qrup üzvlərinin hər birinə 10 min dollar pul ödənildiyin bildirib.
Fevralın 22-də insanlar Xarkovun İdman sarayının qarşısında Yanukoviç hakimiyytəinin devrilməsinin ildönümünü qeyd edən zaman partlayış baş verib. Nəticədə 4 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.
Hadisəni terror aktı kimi qiymətləndirən Ukrayna xüsusi xidmət orqanları qısa müddətdə bu əməlin icraçılarını məsuliyyətə cəlb ediblər (Modern.az).