Bayramovlar bir övladını müalicə etdirə bilmədiyinə görə itirib, ikinci uşaq da ölümlə üz-üzədir…
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv küçəsindəki 45 saylı evin sakini olan Məzahir Bayramovun ailəsi çox acınacaqlı durumdadır. Maddi imkansızlıq üzündən bir övladını itirən Məzahir Bayramovun digər ikinci övladı da ağır durumdadır. Uşaq müalicəsi Azərbaycanda mümkün olmayan xəstəliyə tutulub, amma xarici ölkəyə aparıb sağaltmaq üçün ailənin pulu yoxdur. Azərbaycanın müvafiq dövlət qurumları da bu uşağın xilası üçün ailəyə kömək eləmək istəmir. Məzahir Bayramov “Azadlıq”a məktubunda bütün bunlar barədə yazır:
“Mən üç uşaq atasıyam. Övladlarımın üçü də xəstə olduğu üçün uzun illər xəstəxanalarda müalicə alıblar. Lakin bu müalicələrin nəticəsi olmadığı üçün borca girib onları bir neçə dəfə Irana da apardıq. Aparılan analizlərdən sonra məlum oldu ki, uşaqlarımda genetik ”mukovizdoz" xəstəliyi var. Iranda dedilər ki, ölkələrində bu xəstəliyin müalicəsi yoxdur. Ona görə də hökumətinizə müraciət edin ki, hansı mərhələdə olduğunu təyin edib, ona uyğun müalicəsi aparılsın.
Artıq bir övladımızı itirmişik. O birinin vəziyyəti də ağırdır. Dörd il get-gəldən sonra uşaqların birinə 67 manat pensiya kəsdilər. Fonda, Səhiyyə Nazirliyinə müraciət etdik, xeyri olmadı. Bizə dedilər ki, bu xəstəliyin Azərbaycanda müalicəsi mümkün deyil, harasa göndərməyə də imkan yoxdur.
Mən evimi və onun hər avadanlığını satmışam. Üç bankda borcum var. Hər şeyi övladımın yolunda xərcləmişəm. Artıq o, çox ağır durumdadır. Uşağın vəziyyəti hər gün daha da ağırlaşır. Gecə-gündüzümüz yoxdur. Hesab nömrəsi açmışıq, bilmirik necə edək ki, ayaqda qalmaq üçün yardım edilsin. Sizin qəzet vasitəsilə xeyirxah insanlara, imkanlı şəxslərə müraciət edirik. Xahiş edirik, bizə kömək edin bu uşaqları xilas edək. Tanrı bu savab əməlinizin əvəzini artıqlamasilə verər".
Məzahir Bayramovun hesab nömrəsini xeyirxah insanların diqqətinə çatdırırıq.
Bayramov Məzahir Musa
Acc No: IBAN:AZ84ACAB00001009241000382908
Beneficiary Bank:AccessBank AZADLIQ filialı
SWIFT: ACABAZ22
VÖEN: 1400057421
Phone:+994124459511/13 Fax:+994124451102