Bu maraqlı məlumatı hüquqşünas Erkin Qədirli şəxsi "facebook" səhifəsindən paylaşıb. Həmin məlumatı təqdim edirik:
"Bu arada, maliyyə vəziyyəti heç də yaxşı olmayan Xorvatiya'da hökumət qərara gəlib ki, əhalisinin banklara olan ümidsiz borclarını silsin (bankların səmdarları hesabına). Xorvatiyanın 4.4 milyon əhalisindən 320,000 nəfərin banklara və digər kredit təşkilatlarına ümidsiz (yəni, qaytarılması mümkün görünməyən) borcları yığılıb. Hökumət "Yeni Başlanğıc" adında bir proqram qəbul edib. Həmin proqrama əsasən, bu borclar tədricən silinəcək. İlk olaraq ən kasıb təbəqənin (pensiyaçıların, əlillərin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkənlərin) borcları silinəcək. Sonra da, növbəylə, başqa borcluların. Tez-tez "beynəlxalq təcrübəyə əsaslanırıq" demirsiniz? Alın, istifadə edin, getdikcə kasıblaşan əhali də yararlansın. Manatın sabitliyilə bağlı topluma söylədiyiniz yalanın təsirini, heç olmasa kasıbların üstündən götürün. Hesab edin ki, bu da bir beynəlxalq yarış növüdür – yaya qədər Xorvatiya'nı ötün".