Bu gün axşam saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığında Müşfiqabad və Pereküşkül qəsəbələrinin bir qrup sakini yolu bağlayıb. Buna səbəb soyuq hava və güclü qar altında 1 saatdan artıq gözləmələrinə baxmayaraq, 114 saylı marşrut avtobusun olmamasıdır.
Məlumata görə, 114 saylı marşrut üzrə hərəkət edən avtobusların 20 yanvardakı sonuncu dayanacağa gəlməməsinin səbəbi Bakı-Şamaxı yoluna güclü qarın yağmasıdır (faktxeber.com).