Çində polislər cinayət işləri üzrə dindirmələri videoya çəkməli olacaqlar. Bu barədə Xinhua agentliyi məlumat yayıb. Çinin İctimai Təhlükəsizlik Nazirliyinin açıqladığı qərarda deyilir ki, videoçəkiliş dindirmə zamanı rüşvət hallarının qarşısını alacaq. Bu eyni zamanda polislərin işlərini yaxşılaşdırmağa da imkan verəcək.
Son illər İctimai Təhlükəsizlik Nazirliyi dəfələrlə səhvn günahkar kimi tanınan şəxslərin işinə yenidən baxmalı olub. Ötən ilin sonunda 1996-cı ildə səhvən edam edilən gənc oğlanın ailəsinə 322 min dollar kompensasiya ödənilib. O qətldə ittiham edilirdi. Həmçinin 42 yaşlı mühəndisin dindirmə zamanı qətlə yetirilməsi də geniş səs-küyə səbəb olmuşdu.
azadlıq.info