Hollandiya polisi Haarlem şəhərində maraqlı bir narkotik əməliyyatı keçirib. Ətrafdakı binaların damında qar olduğu halda, bir binanın damında qarın olmaması Hollandiya polisinin diqqətini cəlb edib. Uyuşdurucu bitki sayılan Hind kenevirinin isti havada və işıqlı yerdə yetişdirildiyini bilən polislər, dərhal damında qar olamayan evə basqın ediblər. Ehtimallarında yanılmayan polislər, evdə qeyri-qanuni halda Hind keneviri yetişdirildiyini aşkarlayıblar. Hollandiya polisi əməliyyatdan sonra həmin evin fotosunu çəkərək sosial şəbəkələrdə paylaşıb.
azadliq.info