Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel fevralın 6-da Ukrayna böhranını müzakirə etmək üçün Moskvaya gedəcək. Bu barədə Reuters məlumat yayıb. Olland və Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Almaniya kanslerinin mətbuat xidmətinin yaydığı məlumata görə, son günlər Ukraynanın şərgində vəziyyətin gərginləşməsi səbəbindən Olland və Mekrel münaqişənin həlli istiqamətində səylərini artırıb. Putinlə görüş ərəfəsində onlar Kiyevdə Ukrayna prezidenti Petr Poroşenko ilə görüşəcək.
azadlıq.info