Avropa Birliyi Suriyanın daxilində və müxtəlif ölkələrdə qaçqın həyatı yaşayan Suriyalı qaçqınlara yardım etmək haqda qərar qəbul edib. AB-dən verilən məlumata görə, 136 milyon avro məbləğində nəzərdə tutulan yardımın Suriyanın daxilində, Türkiyə, Livan, İordaniya və İraqdakı suriyalı qaçqınlara paylanması nəzərdə tutulur. Yardım, beynəlxalq humanitar yardım təşkilatlarının vasitəsilə paylanacaq. Yardımın Qida, içməli su, sığınacaq, tibbi vəsaitlər və nağd pul şəklində paylanması nəzərdə tutulur.
azadliq.info