Pakistan ordusundan verilən məlumata görə, Şimali Vəziristanın Datta Khel bölgəsində Talibana aid olun nöqtələrə hava hücumları təşkil edilib. Nəticədə 76 silahlının öldürüldüyü, çox sayda silah-sursatın ələ keçirildiyi bildirilir. Pakistan silahlı qüvvələrinin 15 iyundan etibarən Talibana qarşı davam etdirdiyi əməliyyat nəticəsində bu günə qədər təxminən 2200 silahlının öldürüldüyü açıqlanıb.
azadliq.info