NATO-nun baş katibi Stoltenberq, mətbuata açıqlamasında Ukryanada baş verənlərə görə Rusiyanı ittiham edib: “Son həftələrdə Rusiya, separatçiları raket sistemləri, ağır toplar, tanklar, zirehli vasitələr və elektronik döyüş sistemləri daxil olmaqla, yüzlərlə müasir avadanlıqlarla təmin edib. Hesab edrik ki, Rusiyaya separatçıları dəstəkləməyi dərhal dayandırmalı, Ukraynanın işğalına son verməli və beynəlxalq öhdəliklərinə hörmət göstərməlidir. Stoltenberq, NATO-nun Ukraynanın müstəqilliyini, suverenliyini və beynəlxalq aləm tərəfindən tanınan sərhədlər daxilində ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik. NATO-nun baş katibi Stoltenberq, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaları dəstəklədiyini də bildirib: “Rusiya, Ukryanaya təcavuzünün bir əvəzi olacağını dəqiq bilməlidir”.
azadliq.info