Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk hökuməti tərəfindən Somalidə tikilən məscidin açılışına qatılıb. Türkiyə metbuatının yazdığına görə, açılışdan dərhal sonra Ərdoğan anası Tənzilə xanımın adını daşıyan məsciddə zöhr namazından əvvəl azan oxuyub.
Daha sonra Ərdoğan paytaxt Moqadişuda tikilən 200 çarpayılıq Türkiyə xəstəxanasının açılışını edib.