Dünən Mariupola təşkil edilən hücum səbəbilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısını çağıran Ukrayna prezidenti Poroşenko, görüşdən öncə mətbuat üçün açıqlama verib. Poroşenko dünən hökumət qüvvlərinin 110, son 3 gündə isə 600 separatçını məhv etdiyini bildirib. Poroşünko eyni zamanda, Ukrayna ordusunun separatçılara aid 8 ədəd çoxlüləli raket sistemini məhv etdiyini, silahlıların çoxunun öldürüldüyü, bir nəfərin isə girov götürüldüyünü bildirib. Ukrayna prezidenti hucumun Rusiya tərəfindən təşkil edildiyini təsdiq edən faktlara sahib olduqlarını da bildirib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısında danışan Müdafiə naziri Stepan Poltorak da 17-24 yanvar tarixləri arasında Rusiyameyilli separatçıların və rus silahlı qüvvələri nümayəndələrinin 805 itki verdiyini, 405 nəfərin yaralandığını qeyd edib. Poltorak, bu dövrdə separatçılara aid 23 tank, 67 hərbi vasitə, 18 çoxlüləli raketatan sistem, 21 qundağı motorlu top sistemin məhv edildiyini bildirib.
azadliq.info