Tərəqqi Partiyasının və ATA blokunun sədri, keçmiş deputat Çingiz Dəmiroğlu (Sadıxov) dünyasını dəyişib.
Musavat.com-un verdiyi xəbərə görə, o bu gün 71 yaşında Bakıda yaşadığı evdə həyata vida edib.
Qeyd edək ki, Çingiz Dəmiroğlu iki dəfə ( 2003, 2008-ci illərdə) Azərbaycan Respublikası prezidentliyinə namizəd olub.