İngiltərənin keçmiş baş naziri Toni Bleyerin, Liviyanın keçmiş prezidenti Qəddafiyə yazdığı üzrxahlıq məktubu üzə çıxıb. Belə ki, Qəddafinin zülmündən İngiltərəyə sığınan beş Liviyalı siyası fəalı Bleyer hökuməti Qəddafinin istəyinə uyğun olaraq Liviyaya qaytarmaq istəsə də, İngiltərə məhkəməsi Bleyer hökumətini və Qəddafini məyus edib. Bleyerin 2007-ci ilin aprelində yazdığı "Sevgili Müəmmər" başlıqlı məktubda deyilir: "Kədərlənərək bildirmək istəyirəm ki, İngiltərə hökuməti Liviyalı müxalifləri ölkələrinə qaytarmaq istiqamətində qaldırdığı iddia uğursuzluqa düçar oldu. Məhkəmənin qərarı məni böyük xəyal qırıqlıqına uğratdı". Məktubu İngilis mətbuatında yayan insan haqları təmsilçiləri, mətni 2011-ci ildə Liviyada baş verən inqilab zamanı ələ keçirdiklərini bildiriblər.
azadliq.info