Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Avropa Birliyinə üzvlüyə marağı itirib. «AB qəbul etsə, Türkiyə quruma üzv olacaq. Ancaq əgər əvvəlki kimi Türkiyəni qapını döyən kimi görürlərsə, bu belə deyil. Türkiyə yalvarmaq niyyətində deyil. Qəbul etməsələr, öz yolumuz olacaq» – deyə o qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə AB-nin «demokratik sistem yaxud xristian klubu» olduğunu anlamağa çalışır.
azadlıq.info