Imişli rayon sakini Nazim Qardaşov dünən icra hakiiyyətinin binasında intihara cəhd edib. Bu barədə xəbəri rayondakı mənbəmiz xəbər verib. Onun sözlərinə görə, 2012-ci ildə korrupsiyaya qarşı mübarizə dalğasında “Sobez”dəki işini itirən Nazim Qardaşov şərti iş alır.
Cəriməylə korrupsiya şousundan qurtulan N.Qardaşov hər hansı iş tapmaq ümidiylə dəfələrlə Icra Hakimiyyətində qəbulda olub. Icra başçısı Vilyam Hacıyevin xaricdə istirahətdən qayıtdığından xəbər tutan N.Qardaşov dünən yenidən RIH-ə üz tutub. Ancaq növbəti dəfə yox cavabı aldığından o, özüylə gətirdiyi benzini üzərinə töküb. Bu zaman binanın Xaqani Rüstəmov adlı mühafizəçisi müdaxilə edib, nəticədə onun gözünə də benzin tökülüb. Özünü yandırmasına imkan verilməyən N.Qardaşov polis şöbəsinə aparılıb.