Vicdan məhbusu Bəşir Süleymanlı “Azadlıq”ın 25 illiyi münasibətilə qəzetə təbrik ünvanlayıb. Yaxınları vasitəsi ilə göndərilən təbrikdə B.Süleymanlı bildirib ki, “Azadlıq”ın Azərbaycanın müstəqil mətbuat tarixində xüsusi yeri var və qəzet daim haqqın, ədalətin yanında olub. B.Süleymanlı qeyd edib ki, “Azadlıq” Azərbaycanda demokratik, azad və ədalətli cəmiyyətin qurulması üçün hər zaman öz prinsipiallığı ilə seçilib. B.Süleymanlı “Azadlıq”ın siyasi və vicdan məhbuslara böyük dəstək olduğunu xüsusi qeyd edərək bunun üçün qəzetin rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildirib və onlara işlərində uğurlar arzulayıb.